Haqq savaşımızla yazılan şanlı Zəfər tariximiz

Haqq savaşımızla yazılan şanlı Zəfər tariximiz
SİYASƏT
12:08 07.11.2022
165
Azərbaycan xalqı ən məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın ən güclü, peşəkar bir ordusu kimi 30 ilə yaxın bir dövrdə işğal altında olan torpaqlarımızı azad edərək, 44 günlük Vətən müharibəsində Zəfər tarixini yazdı. Xalqın arzusunda olduğu və illərlə həsrətlə gözlədiyi bir tarixi iyirmi birinci yüzilliyn salnaməsinə əbədi olaraq həkk etdi. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar tarixi zəfərimizi şərtləndirdi.

Qeyd etmək lazımdır ki, Azərbaycan Ordusu 2020-ci ilin sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə düşmənin bu illər ərzində yaratdığı "yenilməzlik" mifini darmadağın etdi. Azərbaycan beynəlxalq hüquq prinsiplərini rəhbər tutaraq uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirərək, dünyanı təəccübləndirən müharibədə 30 illik işğala son qoymuş oldu.

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti və "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur", - deməsi böyük bir Zəfər tariximizə çevrildi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Şəhidlər Xiyabanını ziyarət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğaldan azad etdiyini elan edərək:"İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! ... Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq... Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", - deməsi hər bir azərbaycanlının qəlbində böyük bir sevinc yaşatdı. Əvəzsiz və əbədi sevinc hissini. "Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir", - deyə Prezident bildirib.

Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli siyasi iradəsini ortaya qoymuş oldu. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibəsində ölkəmizin haqq mövqeyini dünyaya çatdırmış oldu. "Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik", - deyə bildirən Cənab Prezident torpaqlarımızı ancaq Azərbaycan əsgərinin, Azərbaycan zabitinin azad etdiyini qeyd edirdi: "Sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir". Əlbəttə ki, Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi bu qələbənin qazanılmasında mühüm rol oynadı".

Artıq xalqımız Zəfər gününün ərəfəsindədir. Xalqımızın tarixində müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günüdür.

2020-ci ilin 8 noyabr tarixi - Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi yadda qaldı. Cənab Prezidentin bildirdiyi kimi, "Noyabrın 9-da artıq Ermənistan tərəfi də öz məğlubiyyətini qəbul edib, etiraf edib, bu məğlubiyyətlə barışıb və noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdı. Biz isə Zəfər gününü məhz 8 Noyabr tarixində qeyd edirik. Çünki 8 noyabrda erməni ordusu artıq təslim olmuşdu".

Qalibiyyətimizin rəmzi olaraq 2020-ci il 10 dekabr tarixində keçirilən möhtəşəm Zəfər paradı müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi, yenilməz xalq olduğumuzu göstərdi. Dövlət başçısının bildirdiyi kimi, "Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir". Bir sözlə "Dəmir yumruq" əməliyyatı XXI əsrin müharibəsi olaraq dünya tarixində yer aldı.

Dövlət başçısı çıxışlarının birində bildirib ki, bu tarixi Zəfərdən sonra ölkəmizin yeniləşməsi, müasirləşməsi, aparılan islahatlar, xoşagəlməz hallarla mübarizə, əlbəttə, tam yeni müstəviyə çıxmalıdır. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılacaq bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir. Cənab Prezidentin bildirdiyi kimi, "Biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb. Həqiqətən də işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur".

Bu gün zəfər tarixini qeyd edən və regionda yeni reallıqlar yaratmış Azərbaycan Qarabağda böyük abadlıq-quruculuq işləri həyata keçirir. Faşist ideologiyalı Ermənistan Qarabağdakı bütün infrastrukturu, tarixi, dini və mədəni abidələri, yaşayış binalarını və evlərini darmadağın edib. Bu gün Böyük Qayıdışın ilk ünvanı olan Ağalı kəndində həyat qaynayır. Füzülidə, Zəngilanda Beynəlxalq hava limanlarının istifadəyə verilməsi və digər irimiqyaslı layihələr tezliklə bu ərazilərin müasir məkana çevrilərək, əzəli sakinlərinin ixtiyarında olacağından xəbər verir.
Zəfər gününüz mübarək.!!!

Aslan Mehdiyev, Binəqədi Rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədri, Qarabağ müharibəsi veteranı

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə avtomobil 3 piyadanı vurub
23:57 18.03.2025
Gəncədə avtomobil 3 piyadanı vurub
Şəkidə 4 otaqlı yaşayış evi yanıb
23:42 18.03.2025
Şəkidə 4 otaqlı yaşayış evi yanıb
DYP bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
23:38 18.03.2025
DYP bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Prezident və birinci xanımın Ağdərəyə səfərinin görüntüləri sosial şəbəkələrdə paylaşılıb
23:26 18.03.2025
Prezident və birinci xanımın Ağdərəyə səfərinin görüntüləri sosial şəbəkələrdə paylaşılıb
Lənkəranda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs polisə təslim olub
23:18 18.03.2025
Lənkəranda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs polisə təslim olub
Zelenskidən Trampla Putinin söhbətindən sonra açıqlama
23:04 18.03.2025
Zelenskidən Trampla Putinin söhbətindən sonra açıqlama
Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi DANIŞDI: "Həkim gəlmədi, köməkçisini göndərdi"
22:54 18.03.2025
Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi DANIŞDI: "Həkim gəlmədi, köməkçisini göndərdi"
Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün Yaxın Şərqdə danışıqlara başlayır
22:45 18.03.2025
Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün Yaxın Şərqdə danışıqlara başlayır
"Qalatasaray" klubunun sabiq futbolçusu karyerasını başa vurdu
22:27 18.03.2025
"Qalatasaray" klubunun sabiq futbolçusu karyerasını başa vurdu
Putin Ukrayna ilə enerji obyektlərinə qarşılıqlı olaraq 30 gündə zərbələrdən imtina etməyi dəstəkləyib
22:15 18.03.2025
Putin Ukrayna ilə enerji obyektlərinə qarşılıqlı olaraq 30 gündə zərbələrdən imtina etməyi dəstəkləyib
Sumqayıtda yol qəzası baş verib, üç nəfər xəsarət alıb
22:06 18.03.2025
Sumqayıtda yol qəzası baş verib, üç nəfər xəsarət alıb
Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb
21:56 18.03.2025
Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb
İran hökuməti Urmiyada Novruz bayramı şənliyi keçirilməsinə icazə verməyib
21:36 18.03.2025
İran hökuməti Urmiyada Novruz bayramı şənliyi keçirilməsinə icazə verməyib
Şabranda traktor minik maşını ilə toqquşub, ölən və yaralananlar var - FOTOLAR
21:21 18.03.2025
Şabranda traktor minik maşını ilə toqquşub, ölən və yaralananlar var - FOTOLAR
Rusiyada helikopter qəzaya uğrayıb, ekipaj ölüb
21:18 18.03.2025
Rusiyada helikopter qəzaya uğrayıb, ekipaj ölüb
Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib - FOTOLAR
21:09 18.03.2025
Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib - FOTOLAR