Harri Keyn 31 yaşında ilk titulunu qazandı

Harri Keyn 31 yaşında ilk titulunu qazandı
İDMAN
13:47 05.05.2025
298
Harri Keyn ilk peşəkar titulunu "Bayern Münhen" ilə qazandı.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə Milli Komandası və "Tottenhem Hotspur”la bir çox finallarda məğlub olan Keyn bu dəfə "Bavariya” ilə Bundesliqanı qazanaraq böyük uğur qazanıb.
 
Ötən mövsüm "Bavariya"ya keçən Keyn bu mövsüm komandasına böyük töhfə verib və 24 qolla bombardirlər siyahısında birinci yerdədir.

İllərdir fərdi uğurları ilə ön sıralarda olan, lakin klub səviyyəsində böyük kuboku qazana bilməyən Harri Keyn nəhayət ki, istəyinə çatıb.
 
İngilis hücumçu ilk böyük komanda titulunu "Bayern Münhen" ilə qazanaraq Bundesliqanın qalibi oldu.

Gülay
OXŞAR XƏBƏRLƏR