Donald Tramp rəqibi, ABŞ-nin vitse-prezidenti Kamala Harrisin seçkilərdə qalib gələcəyi təqdirdə İsrailin məhv olacağını deyib.
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, Tramp bunu Yəhudi Koalisiyasının Las-Veqas şəhərində keçirilən illik toplantısında deyib.
Yəhudi seçicilərdən səs istəyənləri və Demokratlara dəstək verənləri anlaya bilmədiyini ifadə edən Tramp "Demokratlara səs verən yəhudi amerikalıların zehninin yoxlanılması lazımdır”, - deyə tövsiyə verib.
Tramp həmçinin bəyan edib ki, əgər son seçkidə prezident seçilsəydi, HƏMAS-ın 7 oktyabrda İsrailə qarşı həyata keçirdiyi hücumlar baş verməzdi.
Harrisin kampaniya komandasının Trampın açıqlamalarına qarşı verdiyi açıqlamada Trampın yəhudi amerikalıları açıq-aşkar təhqir etdiyi və şəxsi maraqlarına uyğun gələrsə, birdən-birə İsraildən üz döndərə biləcəyi qeyd edilib.
Qeyd edək ki, noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərində demokrat Kamala Harrislə respublikaçı Donald Tramp arasında rəqabət qızışarkən, seçkilərin taleyini Arizona, Nevada, Viskonsin, Miçiqan, Pensilvaniya, Pensilvaniya ştatlarının nəticələri müəyyən edəcək.
Mikayıl