Tələbələr üçün nəşr edilən ilk rəngli qəzet “Student Times”in bu sayında “Xocalını unutmadıq” adlı iki səhifəyə yer verilib.
Bu haqda AZXEBER.COM-a qəzetin şef-redaktoru Məmməd Ağayev məlumat verib. Onun dediyinə görə, dünyanın ən nüfuzlu universitetlərindən olan “Harvard” universitetinin Jurnalistika fakültəsinin tələbəsi, ABŞ iqtisadiyyat universitetinin məzunu Xocalı haqqında məqalə yazıb. Məqalə “Student Times”ın bu həftəki sayında işıq üzü görəcək.
Qəzetin 24-cü sayını bu gündən etibarən köşklərdən əldə edə bilərsiniz.