Adana və Hatayda bir-birinin ardınca zəlzələlər baş verib.
AZXEBER.COM xəbər verir ki, Kahramanmaraşda baş verən 2 zəlzələdən sonra 11 vilayətdə yeraltı təkanlar davam edir.
AFAD-ın son məlumatına görə, saat 05:16-da Hatayın Samandağ rayonunda 3,5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin dərinliyi 6,97 kilometr olub.
Digər tərəfdən, Hatayın Payas rayonunda Aralıq dənizi sahilində 4,5 bal gücündə zəlzələ qeydə alınıb. 5,39 kilometr dərinlikdə baş verən zəlzələ ətraf rayonlarda da hiss olunub.
AFAD-ın son zəlzələ siyahısında Adananın Saimbəyli rayonunda saat 03:18-də zəlzələ baş verib.
Yerin 10,27 kilometr dərinliyində baş verən zəlzələnin maqnitudası 3,5 bal olub.
Zəlzələnin dərinliyi 8,46 km olub.
Ayşən