Hava 6 dərəcə soyuyacaq - Dolu yağacaq

Hava 6 dərəcə soyuyacaq - Dolu yağacaq
SOSİAL
13:01 22.09.2016
2712
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 23-27° isti, Bakıda gecə 18-20° isti, gündüz 24-26° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək. Sentyabrın 24-dən 25-i gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 4-6° aşağı enəcək, gündüz saatlarında 20-22° isti təşkil edəcək. Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
 
Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR