Hava almaq üçün eyvana çıxan şəxs faciəvi şəkildə öldü - VİDEO

Hava almaq üçün eyvana çıxan şəxs faciəvi şəkildə öldü - VİDEO
DÜNYA
12:57 04.12.2023
218
Bursada bir nəfərin həyatını itirdiyi faciə kameralara əks olunub.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 31 yaşlı Müzəffər Gümüş hava almaq üçün çıxdığı eyvanın çökməsi nəticəsində 7-ci mərtəbədən yıxılaraq həyatını itirib. 

Hadisə ötən gecə saat 22:00 radələrində mərkəzi Osmanqazi rayonunun Çırpan məhəlləsində baş verib. 

Məlumata görə, 7 mərtəbəli binanın 7-ci mərtəbəsində yaşayan Müzəffər Gümüş hava almaq üçün eyvana çıxıb. Eyvanın uçması nəticəsində o, 7-ci mərtəbədən yerə düşüb və onun həyatını xilas etmək mümkün olmayıb.

Həmin görüntüləri təqdim edirik:
 
Ayşən
OXŞAR XƏBƏRLƏR