Hava Limanı-Bilgəh yolunda sürət həddi 20 km/saat endirildi

Hava Limanı-Bilgəh yolunda sürət həddi 20 km/saat endirildi
SOSİAL
19:18 03.01.2019
5408

Bakı Nəqliyyat Agentliyi (BNA ) Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddini 20 km/saat endirib.

Bu barədə "Report”a BNA-dan bildirilib.

Məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

BNA sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir: "Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”.

OXŞAR XƏBƏRLƏR