Hava limanında milyonluq qaçaqmalçılıq planı ifşa edildi – Detallar

Hava limanında milyonluq qaçaqmalçılıq planı ifşa edildi – Detallar
SOSİAL
13:15 12.01.2026
1061

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl külçələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə AZXEBER.COM-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd edilib ki, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşının çantalarına stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli təsvirlər müşahidə olunduğundan ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı çantalardan birində gömrük orqanına əvvəlcədən bəyan olunmayan, ümumilikdə çəkisi 372,5 qram təşkil edən 44 ədəd "PAMP” markalı qızıl külçələr aşkarlanıb.

OXŞAR XƏBƏRLƏR