Hava yenidən pisləşir - Qar yağacaq, leysan olacaq

Hava yenidən pisləşir - Qar yağacaq, leysan olacaq
SOSİAL
13:06 30.10.2018
6024
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi haqqında xəbərdarlıq yayıb.

Qurumdan AZXEBER.COM-a daxil olan xəbərə görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 31-i gündüz şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.   

Azərbaycanın rayonlarında isə oktyabrın 31-i gündüz şimal rayonlarından başlayaraq noyabrın 02-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. 

Yağışın bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.  
OXŞAR XƏBƏRLƏR