Havada toz dumanı müşahidə olunub

Havada toz dumanı müşahidə olunub
SOSİAL
21:13 29.04.2022
295
Bu gün ölkə ərazisində transsərhəd çirklənmə müşahidə olunub.

Bunu AZXEBER.COM-a Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, Bakı şəhərinin inzibati rayonları üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan saat 19:00-da əldə olunmuş məlumatlara əsasən, dispers toz hissəcikləri Bakı şəhərinin Xətai və Nizami rayonlarında 1,1, Səbail rayonunda isə 1,2 dəfə normadan çoxdur.

G.Abbasovanın sözlərinə görə, havada digər qaz qarışıqları norma daxilindədir.
OXŞAR XƏBƏRLƏR