Havanın çirklənməsi ilə əlaqədar bu ölkədə təhsil distant şəkildə aparılacaq

Havanın çirklənməsi ilə əlaqədar bu ölkədə təhsil distant şəkildə aparılacaq
DÜNYA
14:17 18.12.2023
156
İranın 4 şəhərində havanın çirklənməsi səbəbindən məktəblərdə təhsilin onlayn şəkildə aparılacağı açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bildirilib ki, İranın Tehran, İsfahan, Əlborz və Ərdəbil şəhərlərində havanın çirklənməsi səbəbindən ibtidai və orta məktəblərdə tədris onlayn rejimdə aparılacaq.

"Mehr” Xəbər Agentliyinin məlumatına görə, məsələ ilə bağlı Tehran valisinin müavini Mir Məhəmməd Qərəvi məlumat verib.

"Tehran Havanın Çirklənməsi üzrə Fövqəladə Komitəsi havanın çirklənməsinin artması ilə əlaqədar şəhərdə təhsilin onlayn keçirilməsinə qərar verib", - Qəravi deyib.

İran rəsmisi qeyd edib ki, dövlət qurumunun ürək-damar və tənəffüs xəstəlikləri olan işçiləri də müəssisə qəbul edərsə, uzaqdan işləyə bilərlər.

Ayşən
OXŞAR XƏBƏRLƏR