Havanın temperaturu 23 dərəcəyə yüksələcək

Havanın temperaturu 23 dərəcəyə yüksələcək
13:44 04.04.2013
709
Yaxın 2-3 gün ərzində Azərbaycan ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir.Tibbi meteoroloji proqnoza əsasən, aprelin 5-dən 8-dək Abşeron yarımadasında komfortlu hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 6-10, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR