ABŞ-nin Havay ştatında baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı 106-ya yüksəlib.
AZXEBER.COM xəbər verir ki, Maui vilayət administrasiyasının səlahiyyətliləri həyatını itirənlərin təfərrüatlarını ictimaiyyətlə bölüşərək, yanğınlardan zərər çəkmiş ərazinin müəyyən axtarış işlərinin tamamlandığını bildirib.
Böyük Ada və Maui adasında davam edən və tarixi Lahaina qəsəbəsini məhv edən meşə yanğınları nəticəsində ölənlərin sayının 106-ya yüksəldiyini bildirən səlahiyyətlilər Mauidə şəxsiyyət təsbit işlərinə başladıqlarını açıqlayıblar.
Gülay