Havay adalarında yanğın fəlakəti: Külə dönən ərazidə ölü sayı durmadan artır

Havay adalarında yanğın fəlakəti: Külə dönən ərazidə ölü sayı durmadan artır
DÜNYA
13:44 10.08.2023
318
ABŞ-ın Havay adalarında meşə sahəsində baş verən yanğınlar nəticəsində ölən və xəsarət alanların sayı açıqlanıb.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, yanğın nəticəsində 36 nəfər ölüb, çoxlu sayda insan yaralanıb və bir çox şəxsi mülkə ziyan dəyib.

Səlahiyyətlilər axtarış-xilasetmə işlərinin davam etdiyini və sahil mühafizə qruplarının alovdan xilas olmaq üçün suya atılan 2-si uşaq olmaqla 14 nəfəri xilas etdiyini bildirib.

Ştatın ABŞ senatorlarından biri olan Brian Schatz da sosial mediada yanğınların səbəb olduğu dağıntıların çoxunun tarixi Lahaina şəhərində baş verdiyini və şəhərin demək olar ki, tamamilə yandığını söyləyib.
 
ABŞ prezidenti Co Bayden Mauidə meşə yanğınları ilə mübarizəyə göstəriş verib.

Bayden Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələrinin axtarış-xilasetmə səylərini dəstəklədiyini, Hərbi Dəniz Qüvvələrinin isə yanğınlarla mübarizə üçün "Qara Şahin" tipli helikopterlər təmin etdiyini bildirib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR