"Hayduk"un baş məşqçisi: "Qəbələ" ilə matça ciddi yanaşırıq"

İDMAN
19:06 30.09.2022
314
"Qəbələ" topla oynamağa və ikili mübarizələri qazanmağa can atan komandadır. Bu səbəbdən qarşılaşmaya ciddi yanaşırıq".

Bunu Xorvatiya "Hayduk"unun 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Mariyan Budimir Qəbələdə eyniadlı kollektivə qarşı keçirəcəkləri UEFA Gənclər Liqasının I mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

42 yaşlı mütəxəssis bildirib ki, səfərdə ilk matçdakından daha yaxşı oynamalıdırlar: "Yaxşı üstünlüyümüz var, amma hesablamalar olmayacaq. Öz oyunumuzu göstərib topa daha çox sahib olmağa üçün çalışacağıq".

Qeyd edək ki, oktyabrın 4-də keçiriləcək "Qəbələ" - "Hayduk" görüşü saat 17:00-da başlayacaq. Splitdəki ilk oyunda "qırmızı-qaralar" 0:3 hesabı ilə uduzub.
OXŞAR XƏBƏRLƏR