Hazard "Çelsi"dən ayrılacağını təsdiqlədi - Qəti qərarımdır

Hazard "Çelsi"dən ayrılacağını təsdiqlədi - Qəti qərarımdır
İDMAN
15:38 11.12.2018
5276
Yarımmüdafiəçi Eden Hazard mövsümün sonunda "Çelsi"dən ayrılacağını təsdiqləyib.

AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, "Real"a rəğbətini də gizlətməyib. "Çelsi" rəhbərliyi ilə danışıqlarımız oldu. Sonralar bu barədə söhbət etmədik. Gözləyirəm. Mövsümün sonunda "Çelsi" ilə vidalaşacağam. Bu, qəti qərarımdır. Karyeramın sonunda "Real"da olmaq istəyirəm. "Kral klubu"na həmişə rəğbətlə yanaşmışam. Bunu gizlətmirəm. 28 yaşım var. Düşünürəm ki, bir neçə il Madriddə oynamaq xoş olardı", - Hazard bildirib.

Yarımmüdafiəçi bu mövsüm İngiltərə çempionatında 15 oyuna çıxıb. Aktivində 7 qol, 8 məhsuldar ötürmə var.
OXŞAR XƏBƏRLƏR