Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir
SOSİAL
15:27 31.10.2026
141
Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir. 1800 Azərbaycan vətəndaşı ölümündən sonra orqanlarını bağışlayıb. Yəni reyestrdə var. Beyin ölümü həmin insanlarda baş verərsə, orqanlarının götürülməsinə icazə vermək kimi böyük yük ailə üzvlərinin çiynindən götürülmüş olur.

Bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova jurnalistlərə açıqlamasında deyib.

"Hazırda ürək transplantasiyası gözləyən 50-dən çox şəxs var. Dünən iki belə xəstə dünyasını dəyişdi. Hər il 50-60 qaraciyər gözləyən xəstəmiz vəfat edir. Hər il onlarla ürək gözləyən xəstələri itiririk. Yəni bu insanların gözü yoldadır. Buna görə əgər beyin ölümü diaqnozu qoyulursa, bu, iki həkim, komissiya tərəfindən təsdiq olunursa, həmin insanların yaxınlarına üz tutub deyirəm ki, xeyirxahlıq edək. Özümüz əziyyət çəksək belə digər insanlara həyat verək", - deyə o qeyd edib.
 
//Bizim.media
OXŞAR XƏBƏRLƏR