Hazırda Azərbaycanda qızılca xəstəliyi qeydə alınmır.
Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanda kifayət qədər həm uşaqların vaksinasiyası üçün Qızılca-Parotit-Məxmərək peyvəndi, həm də böyük yașlı əhali üçün Qızılca-Məxmərək peyvəndi mövcuddur.
Həmçinin qeyd olunub ki, ölkədə epidemiloji vəziyyət sabitdir.