Həbib Floyd Meyvezeri döyüşə çağırdı: Bir kral var, o da mənəm

Həbib Floyd Meyvezeri döyüşə çağırdı: Bir kral var, o da mənəm
İDMAN
14:48 14.10.2018
10725
Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov amerikalı boksçu Floyd Meyvezeri döyüşə çağırıb.
 
Bu barədə məşqçi Dejuan Bleyk "Instagram" hesabında video paylaşıb.
 
"Hə, Floyd! İndi döyüşməliyik. Mənim 27-mə qarşı sənin 50 qələbən. Məğlub olmayan iki adam. Hə, niyə də olmasın? Meşədə sadəcə bir kral var. O da əlbəttə ki, mənəm. Çünki sən Makqreqoru rinqə sala bilmədin, amma mən bunu asanlıqla bacardım", - deyə Həbib amerikalı boksçuya səslənib.
///1news
OXŞAR XƏBƏRLƏR