Həbs edilən sabiq icra başçısı və müavinindən xəbər var

Həbs edilən sabiq icra başçısı və müavinindən xəbər var
SOSİAL
17:07 24.12.2019
3235

Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarov barələrində seçilmiş həbs qətimkan tədbirindən apelyasiya şikayəti verməyib. 

APA-nın məlumatına görə, təqsirləndirilən şəxslər şikayət verməkdən imtina ediblər. 
Xatırladaq ki, adıçəkilən şəxslər barəsində bir neçə gün əvvəl Səbail rayon Məhkəməsi tərəfindən dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

OXŞAR XƏBƏRLƏR