Həbsdə olan Cahangir Hacıyevə “yox” deyildi

SİYASƏT
21:43 12.12.2015
1548

Bakı şəhərinin Nərimanov Rayon Məhkəməsində Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətinə baxılıb.

AZXEBER.COM-un APA-ya istinadən verdiyi məlumata görə, bu barədə C. Hacıyevin vəkili Aqil Layıcov bildirib.

Onun sözlərinə görə, prosesə C. Hacıyevin özü də gətirilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.Qeyd edək ki, dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə verilən apellyasiya şikayəti isə təmin edilməyib. C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.

OXŞAR XƏBƏRLƏR