Həbsdə olan general azadlığa çıxmaq istəyir

Həbsdə olan general azadlığa çıxmaq istəyir
SOSİAL
15:36 22.06.2024
273
Doqquz ildir həbsdə olan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Elçin Quliyev indi də səhhəti ilə bağlı azadlığa buraxılmasını istəyir.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, general Quliyev ərizəsində yazır ki, uzun müddətdir çəkdiyi xəstəlik cəzasını çəkməkdə ona əziyyət verir. Bu səbəbdən cəzasının çəkilməmiş 1 ildən bir qədər çox hissəsindən şərti olaraq azad edilmək istəyir.

Bir qədər əvvəl də E.Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsini istəyirdi. Lakin birinci və yuxarı instansiya məhkəmələri ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün onun müraciətini təmin etməmişdi.

Qanuna görə, məhkum şəxs ağır xəstəlikdən əziyyət çəkirsə, vaxtından əvvəl cəzadan şərti olaraq azad edilə bilər.

Generalın budəfəki müraciətinə də Xəzər Rayon Məhkəməsində baxılıb. Hakim ərizə ilə tanış olduqdan sonra müraciəti icraata qəbul edib, məhkumun xəstəliyini müəyyən etmək üçün ekspertiza təyin edilib. Ekspert rəyindən asılı olaraq məhkəmə yekun qərar qəbul edəcək.

Qeyd edək ki, ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev 2015-ci ildə həbs edilib. O, külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrum etmə və digər ağır cinayətlərdə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
10:59 05.11.2026
Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ
10:50 05.11.2026
FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
10:48 05.11.2026
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Prezident BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
10:40 05.11.2026
Prezident BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
10:34 05.11.2026
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Bu halda gəncləri əsgər aparmaya bilərlər – RƏSMİ
10:24 05.11.2026
Bu halda gəncləri əsgər aparmaya bilərlər – RƏSMİ
"Sabah"ın kapitanı UEFA Çempionlar Liqasında ən çox qurtarış edən ikinci qapıçıdır
09:53 05.11.2026
"Sabah"ın kapitanı UEFA Çempionlar Liqasında ən çox qurtarış edən ikinci qapıçıdır
Şəhid anası faciəvi şəkildə öldü
09:44 05.11.2026
Şəhid anası faciəvi şəkildə öldü
Vətən Müharibəsi Qəhrəmanına "general-mayor" rütbəsi verildi
09:36 05.11.2026
Vətən Müharibəsi Qəhrəmanına "general-mayor" rütbəsi verildi
ADSEA daşqın və sel sularından mühafizə ilə bağlı işlər həyata keçirir
09:23 05.11.2026
ADSEA daşqın və sel sularından mühafizə ilə bağlı işlər həyata keçirir
Anar Rzayevə ağır itki
09:17 05.11.2026
Anar Rzayevə ağır itki
ABŞ Konqresində müsəlmanların sayı rekord həddə çatdı - ADLAR
09:06 05.11.2026
ABŞ Konqresində müsəlmanların sayı rekord həddə çatdı - ADLAR
"Fox": Vens Trampın geosiyasi siyasətindən narazı olanları ətrafında birləşdirmək niyyətindədir
08:57 05.11.2026
"Fox": Vens Trampın geosiyasi siyasətindən narazı olanları ətrafında birləşdirmək niyyətindədir
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
08:49 05.11.2026
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
“Hizbullah” Yəməndə husilərin hərbi əməliyyatlarında iştirakının olmadığını açıqlayıb
08:43 05.11.2026
“Hizbullah” Yəməndə husilərin hərbi əməliyyatlarında iştirakının olmadığını açıqlayıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
08:36 05.11.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb