Həbsdə olan icra başçıları - Bir nəfər də artdı - SİYAHI

Həbsdə olan icra başçıları - Bir nəfər də artdı - SİYAHI
SOSİAL
14:24 30.10.2025
1185

Dövlət Təhlükəsizliyi Xidmət (DTX) Balakən rayonunda əməliyyat keçirib.

Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev və bir neçə vəzifəli şəxs saxlanılıb. 2011-ci ildən Balakən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən İslam Rzayev saxlanılması dəmir barmaqlıqlar arxasına düşən icra başçılarının sayını bir nəfər də artırıb. 

AZXEBER.COM-un Modern.az-a istinadən məlumatına görə, hazırda həbsdə olan icra başçıları aşağıdakılardı: 

1. İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyev 5 may 2020-ci ildə DTX tərəfindən saxlanılıb. Məhkəmənin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Ötən il Ali Məhkəmədə onun kassasiya şikayətinə baxılıb. Qərara əsasən, V.Hacıyevin cəzası 12 ildən 8 il 6 aya endirilib.


2. Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev 11 il həbs cəzası alıb. Ötən il Ali Məhkəmə eks-icra başçısının şikayətini qismən təmin edib. Qərara əsasən, M.Quliyevin cəzası 11 ildən 8 il 3 aya endirilib. 


3. Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev 10 il müddətində azadlıqdan məhrum edilib. 2024-cü ilin fevralında Ali Məhkəmədə keçirilən iclasda İsmayıl Vəliyevin cəzası 6 il 2 aya endirilib.


4. Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalova 12 il həbs cəzası verilib. 2023-cü ildə Şirvan Apellyasiya Məhkəməsində keçirilən iclasda Namiq Zeynalovun cəzası 11 il 9 aya endirilib.


5. Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında DTX tərəfindən həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Alimpaşa Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə, mənimsəmədə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş dövlət vəsaitini leqallaşdırmaqda təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Alimpaşa Məmmədovun cəzası bir il azaldılaraq cəzası 10 il 6 aya endirilib.


6. Ağstafanın msabiq icra başçısı Nizaməddin Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Nizaməddin Quliyev 2021-ci ilin sentyabrın 7-də Gəncə modul tipli xəstəxanasında COVID-19-dan vəfat edib. 

7. Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov 7 il 3 ay həbs cəzasına məhkum edilib.  2023-cü ilin yanvar ayında Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib. O, 2023-cü ilin iyul ayında azadlığa buraxılıb. 

8. Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov 2020-ci ilin avqustunda saxlanılıb. Məhkəmənin hökmü ilə o, 8 il 6 ay müddətində həbs cəzasına məhkum edilib. Sonradan Şirvan Apellyasiya Məhkəməsi sabiq başçının cəza müddətini 6 ilə endirib, daha sonra Ali Məhkəmə qərarı ilə bu müddət 4 il 6 aya qədər azaldılıb. 2025-ci ilin fevralında korrupsiya ittihamları ilə məhkum edilmiş Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb. Eks-icra başçısı azadlığa çıxıb.

9. Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bu ilin iyununda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. İyunun 21-də Səbail Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı Sərəncama əsasən, Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Oktyabr ayında Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının vəsatəti əsasında verilmiş təqdimata baxılıb. Musa Şəkiliyev barəsində seçilmiş həbs qətimkan tədbiri daha 4 ay müddətinə uzadılıb. Musa Şəkiliyev qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
16:50 27.10.2026
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
16:42 27.10.2026
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
16:35 27.10.2026
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Modeli döyən iş adamına hökm oxundu
16:32 27.10.2026
Modeli döyən iş adamına hökm oxundu
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
16:28 27.10.2026
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
Fərid Cəfərov: “Mədəni irsin bərpası mühüm əhəmiyyət daşıyır”
16:15 27.10.2026
Fərid Cəfərov: “Mədəni irsin bərpası mühüm əhəmiyyət daşıyır”
İsraildə seçkilər keçirilir - Netanyahu yenə qalib gələcək? - AÇIQLAMA
16:06 27.10.2026
İsraildə seçkilər keçirilir - Netanyahu yenə qalib gələcək? - AÇIQLAMA
Prezident və ailə üzvləri sərgi ilə tanış oldu - FOTOLAR
16:00 27.10.2026
Prezident və ailə üzvləri sərgi ilə tanış oldu - FOTOLAR
Pezeşkian Moskvada səfərdədir
15:57 27.10.2026
Pezeşkian Moskvada səfərdədir
Pakistanlı nazir: Səudiyyə Ərəbistanını bütün gücümüzlə müdafiə edəcəyik
15:43 27.10.2026
Pakistanlı nazir: Səudiyyə Ərəbistanını bütün gücümüzlə müdafiə edəcəyik
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
15:38 27.10.2026
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı