Hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinən Kanal-11 internet televiziyasının rəhbəri Teymur Kərimovun cəzası dəyişdirilib.
AZXEBER.COM report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi onun vəkili tərəfindən verilmiş şikayəti qismən təmin edib.
T.Kərimovun cəzası 8 ildən 7 ilə endirilib.
Qeyd edək ki, bu iş üzrə İstək Totiyeva da cinayət məsuliyyətinə cəlb edilib. Totiyeva kanal rəhbəri Kərimovla əlbir olaraq eyni cinayəti törətməkdə təqsirləndirilirdi. Onun haqdq şərti cəza hökmü qüvvədə qalıb.