Həbsdə olan oğluna 5 telefon vermək istəyərkən tutuldu

Həbsdə olan oğluna 5 telefon vermək istəyərkən tutuldu
SOSİAL
23:33 16.12.2021
203
Bakıda ata həbsdə olan oğluna beş ədəd mobil telefon keçirmək istəyib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumat yayıb.
 
Bildirilirb ki, Bakı İstintaq Təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.
 
Belə ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Məmməd Mehdi oğlu Məmmədovla görüşə gəlmiş atası, Bakı şəhər sakini
 
Mehdi Məmməd oğlu Məmmədov oğluna beş ədəd mobil telefon aparatlarını ötürməyə cəhd edib. Təcridxana əməkdaşlarının sayıqlığı nəticəsində mobil telefon aparatları aşkar edilərək götürülüb.
 
Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR