Həbsdə olan sabiq icra başçısı vəfat etdi - FOTO

Həbsdə olan sabiq icra başçısı vəfat etdi - FOTO
SOSİAL
13:05 08.09.2021
5484
Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev təcridxanda vəfat edib.

AZXEBER.COM xəbər verir ki, BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, N.Quliyev dünən dünyasını dəyişib.

Sabiq icra başçısının Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir.

Məlumat üçün bildirək ki, Nizaməddin Quliyev Goranboy daha sonra isə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olub.

Fəaliyyətində verdiyi nöqsanlara görə bir müddət idi həbs edilmişdi.
 

 


OXŞAR XƏBƏRLƏR