Həbsdə olan sabiq müstəntiqin cəzası azaldıldı

KRİMİNAL
19:39 06.10.2022
712
Bakı Apellyasiya Məhkəməsində rüşvət almaqda təqsirləndirilən, Bakı şəhər Prokurorluğunun sabiq böyük müstəntiqi Müşfiq Abbasovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayətə baxılıb.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, Müşfiq Abbasovun şikayəti qismən təmin olunub və onun cəzası 4 il 3 aya endirilib.

Qeyd edək ki, Müşfiq Abbasov 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Müşfiq Abbasov bundan əvvəl də məhkum olunub. Səbail Rayon Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli hökmü ilə dələduzluq, vəzifə səlahiyyətlərini aşma cinayətlərini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti ilə həmin cəzaya şərti məhkum edilib.

OXŞAR XƏBƏRLƏR