Həbsdə vəfat edən sabiq icra başçısı ilə bağlı daha bir - AÇIQLAMA

Həbsdə vəfat edən sabiq icra başçısı ilə bağlı daha bir - AÇIQLAMA
SOSİAL
09:42 09.09.2021
1222
Xəbər verdiyimiz kimi, Ağstafa rayonunun sabiq icra başçısı, həbsdə olan Nizaməddin Quliyev bu gün koronavirusdan vəfat edib.

AZXEBER.COM-un məlumatına görə, Gəncə modul tipli xəstəxanasından "Qafqazinfo”ya bildirilib ki, o, xəstəxanaya sentyabrın 7-də ağır vəziyyətdə gətirilib.

"Hər iki ağciyərin 55-65 faiz buzlu şüşəsi diaqnozu ilə daxil olub. Aparılan müalicə tədbirlərin baxmayaraq, bu gün hər iki ağciyərin viral pnevmaniyası tromboemboliya diaqnozu ilə vəfat edib”, - açıqlamada deyilir.
OXŞAR XƏBƏRLƏR