Həbsdəki MTN generalının işdən çıxarılan qohumu: “O pulu hökumət özü verib”

Həbsdəki MTN generalının işdən çıxarılan qohumu: “O pulu hökumət özü verib”
SİYASƏT
12:40 17.12.2015
1731
Füzuli Rayon Təhsil Şöbəsinin müdiri Almaz Haşımova MTN olaylarına görə işdən çıxarılması barədə iddialara münasibət bildirib.AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, sabiq müdir öz ərizəsi ilə işdən çıxdığını bildirib: “Özüm ərizə yazaraq işdən ayrılmışam. Bunun MTN məsələsi ilə heç bir əlaqəsi yoxdur. Təhsil şöbələri regional quruma çevirildiyi üçün bu şərtlərlə işləmək istəməmişəm. Sübahir Qurbanov da mənim qudam deyil. Sadəcə qohumluq əlaqəmiz var. Daha dəqiq desəm, mənim bacım onun qohumlarının biri ilə ailə həyatı qurub. Bu da uzun illər əvvəl olub – yəni indi bacımın 67 yaşı var. Məni Sübahir Qurbanovun qudası kimi təqdim edirlər. Amma 3 oğlumun həyat yoldaşlarının heç biri onun uzaq qohumu belə deyil”.A.Haşımova külli miqdarda pul mənimsəməsinə dair iddialara da münasibət bildirib: “Keçən ilin aprel-iyun aylarında bizdə yoxlamalar olub. Əgər deyildiyi kimi yeyinti faktoru olsaydı, hökumətə xəbər verilərdi. Biz tenderlə iş görmürük. Yazıda Füzuli RTŞ-nin xərclərini ödəmək məqsədilə keçirilən tenderlərdə külli miqdarda pul mənimsədiyim qeyd olunub. Əvvəla, biz tenderlə iş görmürük. Yazılan 400-300 min pulu hökumət özü verib”.A. Haşımova 37 ildir təhsil sahəsində çalışdığını və bu müddədə qeyri-qanuni adıım atmadığını deyib: “Mən 2 dəfə SSRİ mükafatı almışam, şəhər Sovetinin deputatı seçilmişəm. Hər zaman şagirdlərin yüksək təhsil alması mənim üçün vacib olub. Bu il də Füzuli rayonundan 553 məzun ali məktəblərə sənəd verib. Onların 418-i tələbə adını qazanıb. Onlardan isə 362-si yüksək balla ali məktəblərə qəbul olunub. Əslində, belə informasiyaların kim tərəfindən yayıldığı mənə məlumdur. Amma bunlardan qətiyyən narahat deyiləm”.Qeyd edək ki, hazırda A.Haşımovanın yerinə hər hansı bir təyinat olunmayıb.Xatırladaq ki, “Yeni Müsavat” qəzeti Almaz Haşımovanın vəzifəsindən azad edilməsinə səbəb kimi MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisi Sübahir Qurbanovla bağlı olduğunu bildirib. Bundan başqa, Füzuli RTŞ-nin xərclərini ödəmək məqsədilə keçirilən tenderlərdə külli miqdarda pul mənimsənildiyi, tenderlərin əksəriyyətini məhz A.Haşımovaya məxsus olan “Valeh-H" MMC, “Ülkər-H” MMC, Vüsal-84 MMC, “Nəfs-RR” MMC firmaları qazandığı bildirilir. Məlumatda həmçinin vurğulanıb ki, tenderlərə ayrılan vəsaitin heç 30 faizi təyinatına görə xərclənmir və ayrılan vəsaitlərin çox hissəsi mənimsənilir. Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlama nəticəsində şöbədə 600 min manatlıq mənimsəmə faktı aşkarlayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
22:49 14.03.2026
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər