Həbsdəki MTN generalları niyə intihar etmək istəyir?

Həbsdəki MTN generalları niyə intihar etmək istəyir?
SOSİAL
10:18 16.08.2016
3160
Milli Təhlükəsizlik Nazirliyi ləğv edilsə də, bu qurumla bağlı xəbərlər səngimək bilmir.
AZXEBER.COM xəbər verir ki, azadliq.info-nun yazdığı xəbərə görə, həbsdəki keçmiş MTN-çilər intihara cəhd edirlər və bunun qarşısını almaq üçün həbsdə olan bütün MTN-çilər nəzarətə götürülüb. Məlumata görə bir neçə gün öncə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş Idarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun 1 saylı Bakı Istintaq Təcridxanasında intihara cəhd etməsi ilə bağlı yayılan məlumatlardan sonra həbsdə olan sabiq MTN əməkdaşları ciddi nəzarətə götürülüblər. Məlumatda bildirilir ki, Akif Çovdarovun intihar xəbərindən sonra təcridxanada olan bütün MTN əməkdaşlarına ayrılıqda nəzarət edilir, kameralara xüsusi nəzarətçilər təyin edilib. Nəzarətçilər kameranın qarşısında növbə ilə dayanmaqla özlərinə xəsarət yetirməmələri üçün təqsirləndirilən şəxsləri izləyirlər.
Xəbərə görə, hazırda həbsdə olan generallar – Subahir Qurbanov, Akif Çovdarov, Elçin Quliyev, polkovniklər – Akif Əliyev, Səlim Məmmədov, Vüsal Ələkbərov, Orxan Osmanov və digərlərinin saxlanıldığı kameralara təhkim olunan təcridxana əməkdaşları tərəfindən mütəmadi baxış keçirilir.
Əslində MTN-çilərin intihara cəhd etməsi real görünür. Çünki, bir müddət əvvəl MTN polkovniki İlqar Əliyev də intihar etmişdi. Amma sual meydana çıxır ki, bu adamlar niyə intihar edir. Minlərlə insan həbs həyatı yaşayır, niyə bu adamlar hamısı intihara cəhd etmir?
Qəzetin yazdığına görə, ilk versiya belədir ki, keşmiş MTN-çilərə ağlagəlməz işgəncələr verilir və bu adamlar artıq işgəncələrə tab gətirə bilmirlər.
İkinci versiya isə odur ki, bu adamlar həddindən artıq ağlagəlməz cinayətlər törədiblər və bunun altından çıxa bilməyəcəklərini başa düşürlər. Yəni, məhkəmə qarşısına çıxarılacaqları təqdirdə daha dəhşətli cinayətlərin üstünün açılacağından əmindirlər. Bugünə qədər MTN haqqında yayılan məlumatlardan da bu qənaətə gəlmək olur ki, bu adamlar insanların şəxsi həyatına da müdaxilə ediblər, ən iyrənc vasitələrə əl atıblar. Xəbərdə qeyd olunur ki, onlara qarşı irəli sürülmüş ittihamlar törədilmiş əməlləri tam əhatə etmir. Amma bununla belə təkcə Akif Çovdarovla bağlı 20 cildlik cinayət işi var.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Doğuş zamanı ölən ana ilə bağlı daha bir AÇIQLAMA
07:39 09.07.2025
Doğuş zamanı ölən ana ilə bağlı daha bir AÇIQLAMA
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir