Qadın və kişi məhkumların sayı artıb.
Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Qeyd edilib ki, azadlıqdan məhrum edilmiş məhkumların sayına münasibətdə kişilər 97,1%, qadınlar isə 2,9% təşkil edir. 2023-cü illə müqayisədə hesabat ilində azadlıqdan məhrum edilmiş kişilərin sayı 6,8%, qadınların sayı isə 15,9% artıb.
Bununla yanaşı 2024-cü ildə probasiya qeydiyyatında olan məhkumların 94,1%-i kişilər, 5,9%-i isə qadınlardır. 2023-cü illə müqayisədə hesabat ilində probasiya qeydiyyatında olan məhkum kişilərin sayı 9%, qadınların sayı isə 0,6% artıb.