Həbsdən çıxan rusiyalı repçidən Ukraynaya dəstək: Möhkəm olun

Həbsdən çıxan rusiyalı repçidən Ukraynaya dəstək: Möhkəm olun
MAQAZİN
18:43 02.03.2022
336
"Kizaru" ləqəbi ilə məşhurlaşan rusiyalı repçi Oleq Neçiporenko həbs olunubmuş. 

Bu barədə repçi İnstaqram səhifəsində məlumat verib. Dörd ay həbsdə olduğunu bildirən sənətçi Rusiyanın hərbi əməliyyatlarına məruz qalan Ukraynaya dəstək olub:

"Çoxunuz sual verirdiniz ki, "Kizaru" haradadır. Noyabrın 14-də İnterpol məni Almaniyada saxladı və 4 ay müddətində azadlıqdan məhrum etdi. Yeni ili də həbsxanada qarşılamışam. Özümə gəlim, tezliklə əlaqə saxlayacam. Ukraynadakı bacı-qardaşlar, möhkəm olun".

Qeyd edək ki, daha əvvəl "Kizaru"nun adı İnterpolun axtarışda olan cinayətkarları siyahısında idi. O, 2014-cü ildə narkotik ticarətində günahlandırıldığı üçün Barselonaya köçmüşdü.
 
///axşam.az
OXŞAR XƏBƏRLƏR