Həbsdən çıxandan 15 dəqiqə sonra öldürüldü

DÜNYA
15:43 12.07.2013
2375

Bu qəribə insident xəbəri eşidənləri dəhşətə gətirib.

AZXEBER.COM-un “Huffington Post”-a istinadən verdiyi xəbərə görə, hadisə Amerika Birləşmiş Ştatlarının Tennessi ştatında baş verib. Ştatın sakini, vaxtilə ailə üzvlərinə qarşı zor tətbiq etdiyi üçün məhkumluq həyatı yaşayan 34 yaşlı Robert Vann Marşall həbsdən çıxandan cəmi 15 dəqiqə sonra arvadı tərəfindən qətlə yetirilib.Buna səbəb isə onun cəzaçəkmə müəssisəsindən azad olunandan dərhal sonra arvadının və uşaqlarının yaşadığı evə hücum çəkməsi və onları ölümlə hədələməsi olub. Məhkəmə vaxtilə R.V.Marşall həbs edilən zaman onun öz ailə üzvlərinə yaxınlaşmaması barədə qətnamə çıxarıb. Lakin o, qərara əməl etməyi lazım bilməyib və həyat yoldaşı ilə haqq-hesab çürütmək qərarına gəlib.Evə gəlib arvadı ilə mübahisə etməyə başlayan Robert onu öldürəcəyini bildirib. Bu məqsədlə də, həyat yoldaşı özünü müdafiə etmək üçün ərini qətlə yetirib. Qadın verdiyi ifadədə də ərini məhz özünü qorumaq üçün öldürdüyünü deyib.

OXŞAR XƏBƏRLƏR