Həbsdən qaçan məhkum 19 ildən sonra Bakıda necə tutudu? - Görün necə gizlənib

Həbsdən qaçan məhkum 19 ildən sonra Bakıda necə tutudu? - Görün necə gizlənib
SOSİAL
02:10 21.01.2022
1910
İlk cinayət əməlini 1992-ci ildə törədən, ardınca eyni əmələ - oğurluğa görə məhkumluq həyatı yaşayan şəxs 2002-ci ildə cəzaçəkmə müəssisəsindən qaçıb. 19 il azadlıqda yaşayan şəxs aldığı oğurluq maşına görə həbs edilib.

AZXEBER.COM musavat.com-a istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü Haşimimüqəddəm Mirhəsən 1992-ci, 1995-ci və 1997-ci illərdə oğurluq əməlləri törədib. Buna görə də cinayət məsuliyyətinə cəlb edilib və bir neçə il həbsxanada qalıb. 2000-ci ildə ona təyin edilmiş ümumi cəza 7 il 4 ay olaraq nəzərə alınıb. Cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar verilib.

Mirhəsənin atası və anası 1946-cı ildə İrandan Azərbaycana köç ediblər. Atası kənd təsərrüfatı institutunu bitirdikdən sonra təyinatı Quba rayonuna verildiyi üçün orada yaşamağa başlayıb. O da 1967-ci ildə Qubada doğulub. Qubada 8-ci sinifə qədər oxuduqdan sonra Sumqayıt şəhərində yerləşən texnikumda 2 il təhsili alıb. Amma təhsilini yarıda qoyub. Bundan sonra 3 dəfə oğurluq əməlinə görə cinayət məsuliyyətinə cəlb edilib.

2000-ci ildə məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra evə gedib-gələn zaman tanış olduğu bir xanımla ailə həyatı qurub, bir qız övladları dünyaya gəlib. Mirhəsən 2002-ci ildə cəzaçəkmə müəssisəsindən qaçaraq 19 il gizlənməyi bacarıb.

Cəzaçəkmə müəssisəsindən qaçmasınının səbibini danışan Mirhəsən bildirib ki, övaldı üçün darıxırmış:
"Yeni ailə həyatı qurmuşdum. Ailəm üçün çox darıxırdım. Cəzaçəkmə müəssisəsindən qaçaraq piyada Xaçmaz rayonuna getdim. Həmin vaxt ailəm Sabunçu rayonununda kirayədə yaşayırdı. Bakıya gələndə tikintilərdə fəhləlik eləməyə başladım. 2003-cü ildə tanışım Samir dedi ki, Yaşar adlı şəxs öz evinə gözətçi axtarır. Onunla görüşərək təklifini qəbul etdim. Ailəmlə birlikdə onun evində qaldıq. Həyətinə baxır, bağbanlıq edirdim”.

19 il sonra necə saxlanılması haqda danışan Mirhəsən bildirib ki, 2020-ci ildə Valeh adlı maşın alverçisindən 2200 manata "VAZ -Oka" markalı avtomobil alıb.

"Həmin maşının oğurluq olduğunu bilmirdim. Valeh maşının sənədlərinin itdiyini demişdi. Özüm də axtarışda olduğum üçün həmin sənədləri almağa cəhd eləmədim. Təxminən bir il sonra polis əməkdaşları yaşadığım evə gəldi. Maşının axtarışda olduğunu deyib məni polisə apardılar. Orda bildilər ki, mən də axtarışdayam”.

Elə həmin gün həbs edilən və əməlindən peşman olduğunu deyən Mirhəsən bildirib ki, cəzaçəkmə müəssisəsində ona heç kim kömək etməyib. Oradan qaçdığını isə yalnız həyat yoldaşına deyib.

Mirhəsənin cinayət işi üzrə məhkəmə iclasında hadisə zamanı cəzaçəkmə müəssisəndə çalışan nəzarətçilər də dindirilib. Hadisədən 20 ilə yaxın bir vaxt keçib və indi onların hamısı təqaüdə çıxıblar. Şahid kimi dindirilən şəxslər bildiriblər ki, Mirhəsən cəzaçəkmə müəssisəsindən qaçanda heç kimə xəsarət yetirməyib, ona heç kim kömək etməyib.

Mirhəsənin həyat yoldaşı da dindirilən zaman eyni məzmunlu ifadə verib.

Şabran Rayon Məhkəməsi Haşimimüqəddəm Mirhəsənə əvvəlki oğurluq əməllərinə görə cəza təyin etməyib. Məhkəmə Mirhəsənin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 2000-ci ildə ona təyin olunmuş cəzanın çəkilmiş hesab edilməsi ilə əlaqədar hazırda ona törədilməsi istinad olunan cinayət əməlinin öz aktuallığını itirməsini və törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmanlıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınıb.

Məhkəmə Mirhəsənə Cinayət Məcəlləsinin 304.1-ci (Cəza çəkən, həbs edilən və ya tutulan şəxsin azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçması. İki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib və ona 5 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası həbs edildiyi gündən hesablanıb və məhkəmə zalından azadlığa buraxılıb
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
18:48 25.06.2026
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
18:37 25.06.2026
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY