Həbsi gözlənilən Rəqsanə Moskva toylarında tüğyan edir - VİDEO

MAQAZİN
17:10 17.04.2013
6498
Dələduzluq maddəsi ilə barəsində cinayət işi açılan müğənni Rəqsanə İsmayılova Moskva toylarında tüğyan edir.AZXEBER.COM-un məlumatına görə, müğənni iştirak etdiyi toylardan videoçarxları sosial şəbəkədə paylaşıb.Xatırladaq ki, R. İsmayılova barəsində 5 nəfərin şikayət ərizəsi əsasında istintaq araşdırması başlanılıb. Bu şəxslər müxtəlif epizodlar üzrə müğənninin onların etimadından sui-istifadə edərək, aldadıldıqlarını, külli miqdarda vəsaitlərinin mənimsənildiklərini bildirirlər. Əgər müğənninin günahı sübuta yetirilsə, onu 7 ildən 12 ilədək həbs gözləyir. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə axtarış elan olunub.

OXŞAR XƏBƏRLƏR