'Heç bir azərbaycanlı qoyunsuz yaşaya bilməz'

İDMAN
12:59 16.10.2012
1554
Futbol üzrə Rusiya yığmasının Dünya Çempionatı-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycanla matç öncəsi məşqinin açıq hissəsi başa çatdıqdan sonra jurnalistlər isinmək üçün “Torpedo” stadionunun kafesinə gediblər. Gün.Az-ın “Sovetski sport” nəşrinə istinadən verdiyi xəbərə görə, sonradan məlum olub ki, bu müəssisənin rəhbəri milliyyətcə azərbaycanlıdır. Nəşrin yazdığına görə, onun adı İsmayıldır və o, Rusiyaya qarşı çıxış edəcək futbolçular üçün artıq hazırlıq işlərinə başlayıb. Onun masasının üzərində qoyun cəmdəyi var imiş. “Heç bir azərbaycanlı qoyunsuz yaşaya bilməz. Bu, bizim ənənəmizdir, bu, bizim mətbəximizdir. Mən Rusiya yığmasına çox hörmətlə yanaşıram, amma sabah Azərbaycana azarkeşlik edəcəyəm. Və əgər mənim komandam qalib gələrsə, o zaman mən millinin hər bir üzvü üçün bir qoyun boynuma götürmüş olacağam. Kim istəsə diri verəcəyəm, istəməsə qoyunu xüsusi olaraq onlar üçün kəsəcəyəm. Ümumiyyətlə isə heç-heçə olsaydı ədalətli olardı. Axı mənim evdə dörd arvadım var. Onların arasında həm azərbaycanlı, həm də rus var. Evdə mübahisə mənim nəyimə gərəkdir” - deyə həmyerlimiz bildirib. Jurnalistlərin “bəs Rusiya yığmasına heç nə hədiyyə etməyəcəksiniz?” sualına İsmayıl belə cavab verib:

OXŞAR XƏBƏRLƏR