"Heç-heçə pis nəticə deyil" - Ailton Silva

"Heç-heçə pis nəticə deyil" - Ailton Silva
İDMAN
23:28 24.10.2019
18690
"Aydın məsələdir ki, çətin oyun oldu. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Görünən də bu idi. Ümid edirəm ki, APOEL-lə cavab oyununda da xal qazanacağıq. Ümumi götürsək, bugünkü heç-heçəni pis nəticə saymaq olmaz".

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Ailton Silva Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə APOEL-lə heç-heçə etdikləri oyundan (2:2) sonra jurnalistlərə açıqlamasında deyib.

Braziliyalı müdafiəçi matçın çətin olduğunu bildirib: "Biz əlimizdən gələni etdik. Siz də gördünüz ki, rəqib necə müdafiəyə qapanmışdı. APOEL-in müdafiəsini yarmaq çox da asan olmadı. Ən azından biz əlimizdən gələni etdik, sona qədər cəhd elədik. Amma futbolda hər zaman hər istədiyin olmur. Buna görə də üzülməyə dəyməz".

"Qarabağ"ın bərabərlik qolunu vuran 24 yaşlı futbolçu bu barədə də danışıb: "Əgər sən oyundasansa, səhv etməyin qaçılmaz olur. Təbii ki, çalışmalısan ki, səhv etməyəsən. Amma hər zaman istədiyin kimi olmur. İlk buraxdığımız qolda qaydanı pozduğum epizoddan sonra topun qarşısını ala bilərdik, amma bunu bacarmadıq. Qol vurmağıma gəldikdə isə mən hücumameyilli oyunçuyam. Ancaq çalışacağam ki, daha da öz üzərimdə işləyib, qarşıdakı oyunlarda komandama kömək edim".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qəzzada ölənlərin sayı artdı
15:54 28.08.2025
Qəzzada ölənlərin sayı artdı
"Fənərbaxça" ÇL-də qalib gəlsəydi, 24 milyon qazanacaqdı
15:50 28.08.2025
"Fənərbaxça" ÇL-də qalib gəlsəydi, 24 milyon qazanacaqdı
Rusiya Ukraynada "Bayraktar" fabrikini vurdu: Milyonlarla ziyan dəydi
15:49 28.08.2025
Rusiya Ukraynada "Bayraktar" fabrikini vurdu: Milyonlarla ziyan dəydi
Rusiya Ukraynanın hərbi gəmisini vurub, ölən var
15:45 28.08.2025
Rusiya Ukraynanın hərbi gəmisini vurub, ölən var
İran İsrailin bombaladığı binaları sökməyə başladı: Peyk görüntüləri üzə çıxdı
15:41 28.08.2025
İran İsrailin bombaladığı binaları sökməyə başladı: Peyk görüntüləri üzə çıxdı
Türkiyədən İsrailə böyük zərbə: "Mossad"ın məğlubedilməzlik mifi sona çatıb
15:33 28.08.2025
Türkiyədən İsrailə böyük zərbə: "Mossad"ın məğlubedilməzlik mifi sona çatıb
ABŞ-də kütləvi peyvənd problemi: Tramp bu şəxsi vəzifəsindən azad etdi
15:22 28.08.2025
ABŞ-də kütləvi peyvənd problemi: Tramp bu şəxsi vəzifəsindən azad etdi
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
15:15 28.08.2025
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
15:06 28.08.2025
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
15:06 28.08.2025
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
14:45 28.08.2025
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
14:38 28.08.2025
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
14:29 28.08.2025
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
14:26 28.08.2025
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
14:20 28.08.2025
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
13:57 28.08.2025
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq