'Heç-heçəyə görə heç kəsi günahlandırmaq olmaz'

İDMAN
21:49 25.12.2012
1124
"İki əsas futbolçunun İqor Mitreski və Elvin Yunuszadəninolmaması bizəçətinlik yaratdı.Ona görə də heyətdə dəyişiklik etmişdik. Buna baxmayaraq,bu günyaxşı oynadıq".Bu sözləri "Neftçi" klubunun məşqçisiTərlan Əhmədov"İnter"lə oyundan sonra (1:1) keçirilənmətbuat konfransında deyib.T.Əhmədov əsasən meydançanın ot örtüyündən şikayətlənib:"Meydançanın ot örtüyünün süniolması komandanı yorurdu. Futbolçular belə meydançada oynayarkənəziyyət çəkirlər.Oyuna gəldikdəhər iki komandanın qol vurmaq üçünxeyli şansları oldu.İlk hissədə daha yaxşı oynadıq. İkinci hissənin ilk 25 dəqiqəsində yaxşı oynasaq da, sona yaxın zəif çıxış etdik.Heç-heçəyə görə özümüzdən başqa heç kəsi günahlandırmaq olmaz. Bu il futbolçularımızın etdiklərinə görə qarşılarında baş əyirik, təşəkkür edirik. İkinci hissədə yorğun görünürdülər. Hər oyun qol buraxmağa gəldikdə isə bu,hücum futbolu oynamağımızla əlaqədardır".

OXŞAR XƏBƏRLƏR