"Heç kəsə veriləcək hesabatım yoxdur" - Nazilə

"Heç kəsə veriləcək hesabatım yoxdur" - Nazilə
MAQAZİN
13:42 18.07.2025
230
"Anamla, atamla gəzdiyim müddətcə bir şeyi anladım ki, hər şeyi zamanında eləmək lazımdır".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri sosial media hesabında Nazilə Səfərli deyib.
 
O, bildirib ki, zamanında özünə dəyər verib, vaxt ayırmaq lazımdır:

"Bir oğlumu evləndirmişəm, işi, gücü, evi, ailəsi var. Digərinin də işi, gücü, evi var, bir qalıb evlənməyi. İnşallah valideyn kimi o borcumu da yerinə yetirəcəyəm. Amma mənim bu həyatda heç kimə verəcək hesabatım yoxdur. Mən də insanam və mən öz həyatımı yaşamalıyam. Nə qədər bacarıram gəzməliyəm, görməliyəm. İndi ata-anamı nə qədər gəzdirsəm də, görürəm ki, onlar xoşbəxt olmurlar. Onlar atıq yorulublar. Gəncliklərini istismar ediblər. İndi gəzirəm, bilirəm ki, bir zaman sonra mənim də halım qalmayacaq".

Aysel

 
OXŞAR XƏBƏRLƏR