‘Heç kim bizim evimizdə oturub ailəmizin işinə qarışa bilməz’ - Aqil Abbas

‘Heç kim bizim evimizdə oturub ailəmizin işinə qarışa bilməz’ - Aqil Abbas
14:44 03.04.2013
2026

‘Şübhəsiz ki, onu ölkədən qovmaq lazımdır’.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Aqil Abbas söyləyib. Millət vəkili deputat həmkarı Elman Məmmədovun Azərbaycanda fəaliyyət göstərən beynəlxalq institutların bağlanması ilə bağlı açıqlamasına münasibət bildirib:

Əgər hər hansı xarici təşkilat bu ölkənin daxili işlərinə qarışırsa, əmin-amanlığı pozmağa cəhd edirsə, provakasiya ilə məşğuldursa və əldə buna dair dəlil-sübut varsa, şübhəsiz ki, onu ölkədən qovmaq lazımdır. Heç kim bizim evimizdə oturub ailəmizin işinə qarışa bilməz. Dövlət də bir ailədir. Bu ailənin içinə müdaxilə etmək olmaz. Ölkəni qarışdırmaq üçün yardımlar etmək və s. bu kimi hərəkətlər yolverilməzdir. Elman Məmmədov da, bir çox digərləri də belə iddialarla çıxış edib. Bu iddiaları sübut etmək lazımdır. Mən də inanıram deyilənlərə, ancaq əlimdə sübut yoxdur. Mən də düşünürəm ki, həmin təşkilatlar Azərbaycanda qarışıqlıq yaratmaq istəyirlər. Amma əlimdə dəqiq məlumat olmadan nəsə deyə bilmərəm. Eynulla Fətullayev də bu barədə araşdırma aparmışdı. Bu məsələlər dəqiqləşdirilməlidir. Bu isə hüquq-mühafizə orqanlarının, Xarici İşlər Nazirliyinin işidir.

Xatırladaq ki, Milli Məclisin Dağlıq Qarabağdan seçilmiş deputatı Elman MəmmədovPublika.Az portalına verdiyi açıqlamada ABŞ-ın Milli Demokratiya İnstitutu Azərbaycana və digər fəaliyyət göstərdiyi ölkələrə kütləvi iğtişaşlar, dövlətə qarşı təxribatlar törətmək və pozuculuq fəaliyyəti göstərmək məqsədilə gəldiyini söyləmişdi. E.Məmmədov ABŞ-ın Milli Demokratiya İnstitutu, ATƏT-in Bakı ofisi və Avropa İttifaqına daxil olan bəzi dövlətlərin Azərbaycandakı nümayəndəliklərinin bağlanılmasının vacibliyinibildirmişdi.

Ceyhun

OXŞAR XƏBƏRLƏR