Odessa qubernatoru Mixail Saakaşvili Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin arasındakı yeni marşrutu unikal hesab edir.
AZXEBER.COM xəbər verir ki, bu barədə Saakaşvili İliçevsk layihəsinin təqdimetmə mərasimindəki çıxışında jurnalistlərə deyib.
“Mən bu layihəni hələ 2014-cü ildə Azərbaycan prezidenti İlham Əliyevlə, daha sonra isə Ukrayna dövlət başçısı Petro Poroşenko ilə müzakirə etmişdim. Biz elə o vaxt bu işin uğuruna inanırdıq. Heç kim inanmırdı, amma biz inanırdıq...”
Qeyd edək ki, yanvarın 15-də Ukrayna-Gürcüstan-Azərbaycan-Kazaxıstan-Çin marşrutu ilə İliçevsk limanından ilk təcrübə reysi yola düşüb. Bu, Rusiyadan yan keçməklə İpək yolunun yeni istiqaməti olacaq.