"Heç kimə Ermənistan ərazisindən dəhliz verməyəcəyik, bu dönməz mövqeyimizdir" - Paşinyan

"Heç kimə Ermənistan ərazisindən dəhliz verməyəcəyik, bu dönməz mövqeyimizdir" - Paşinyan
DÜNYA
16:02 29.10.2022
463
Paşinyan Ermənistanın Zəngəzur dəhlizinin açılmasını öhdəsinə götürdüyü üçtərəfli bəyanatın bəndinə əməl etməkdən imtina etdiyini rəsmən açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, o, bunu "Vətəndaş sazişi” partiyasının iclasında deyib. 

"Biz heç bir halda dövlətçiliyimizi, suverenliyimizi heç kimə verməyəcəyik. Biz heç kimə Ermənistan Respublikasının ərazisindən dəhliz verməyəcəyik. Bu, əsaslı və dönməz mövqeyimizdir" - deyə o, bildirib.
OXŞAR XƏBƏRLƏR