'Heç kimin haqqı yoxdur ki, Gürcüstanda yaşayan azərbaycanlıların adından danışsın'

SİYASƏT
15:45 20.06.2013
2132

Dünən "Azadlıq" qəzetində "Gürcüstan azərbaycanlılarından Milli Şuraya dəstək" adlı xəbər yayımlanıb. Xəbərdə qeyd olunub ki, Gürcüstanda fəaliyyət göstərən Böyük Birlik təşkilatının sədri Əsəd Əliyev Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla əlaqə saxlayıb və onu təbrik edib. Təşkilat sədri həmçinin deyib ki, Gürcüstanda yaşayan azərbaycanlılar da Milli Şuranı dəstəkləyir.

AZXEBER.COM məsələylə bağlı Marneuli Gənclər təşkilatının meneceri Emin Əhmədovdan münasibət öyrənib. O bildirib ki, heç kimin haqqı yoxdur ki, Gürcüstanda yaşayan azərbaycanlıların adından bəyanat versin: "Biz real işlərə üstünlük veririk. Gənclərimizin inkişafına, sağlam ruhda böyüməsinə, daha təhsilli, intelektual, analiz etmə bacarığına sahib olmalarına çalışırıq. Görülən işlər və uğurlarımız da az deyil. Amma son zamanlar sifarişlə iş görən, heç bir real fəaliyyəti olmayan, yalnız sosial şəbəkələrdə aktivləşən şəxslər Gürcüstan azərbaycanlılarının, gənclərinin adından, təşkilatları adında bəzi bəyanatlar verirlər. Biz bu kimi hallara qarşıyıq və onu tam məsuliyyətlə deyə bilərəm ki bu insanların Gürcüstan azərbaycanlıları arasında nə bir gücü, nə dəstəyi, nə fəaliyyəti yoxdur".

OXŞAR XƏBƏRLƏR