Heç kimin şikayətlənmədiyi 2 yaşlı "Report" - VİDEO

Heç kimin şikayətlənmədiyi 2 yaşlı "Report" - VİDEO
MEDIA
13:25 27.10.2016
1414
Bu gün "Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 2 il ötür.
 
"Report” İA ötən iki il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.
 
Bununla yanaşı, "Report” İA-nın əsas veb-resursu olan www.report.az saytı ötən dövr ərzində özünü digər mətbuat orqanları üçün etibarlı xəbər mənbəyi kimi təsdiqləyib. Agentliyin xəbərlərini ölkədə fəaliyyət göstərən yüzlərlə informasiya resursu, o cümlədən televiziya, radio, qəzet və xəbər saytları yayımlayıb. Saytın rus və ingilis dillərində olan versiyalarında Azərbaycanla bağlı dərc olunan xəbərlər nüfuzlu beynəlxalq KİV-lərin də diqqət mərkəzində olub. Ötən 2 illik dövr ərzində ölkədə baş verən ən mühüm hadisələr agentliyin saytında geniş şəkildə işıqlandırılıb.
 
Bu sırada tarixə "Aprel döyüşləri” kimi düşən, Azərbaycan hərbçilərinin qələbəsi ilə başa çatan "dördgünlük müharibə”ni, bu il iyunun 17-19-da Bakıda ilk dəfə keçirilən Formula 1 üzrə Avropa Qran Prisini, Fransada keçirilən futbol üzrə Avropa çempionatını, "Rio-2016” Yay Olimpiya və Paralimpiya Oyunlarını, sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsini (referendum) və digər önəmli ictimai-siyasi və idman hadisələrini göstərmək olar. Təkcə "Aprel döyüşləri” zamanı "Report” Azərbaycan, rus və ingilis dillərində yüzlərlə xəbər yayımlayıb. Referendum ərəfəsi, referendum günü və sonrası "Report” 300-dək xəbər dərc edib (Təkcə sentyabrın 1-dən 30-dək 154 xəbər istehsal olunub.) Bakıda ilk dəfə keçirilən Formula 1 üzrə Avropa Qran Prisi zamanı 300-dən çox, "Rio-2016” Yay Olimpiya və Paralimpiya Oyunlarında isə 416 xəbər dərc edilib. "Report” İnformasiya Agentliyi gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar.
 
"Report” İA sutka ərzində Azərbaycan dilində orta hesabla 180-190, rus dilində 110-120, ingilis dilində 50-60 xəbər buraxır.
 
AZXEBER.COM olaraq biz də həmkarlarımızı təbrik edir, daha uzun və uğurlu fəaliyyət yolu diləyirik

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ölkədə vəba epidemiyası elan edilib
20:42 27.06.2026
Bu ölkədə vəba epidemiyası elan edilib
Fərman Həsənov UFC-də qələbə qazanıb
20:35 27.06.2026
Fərman Həsənov UFC-də qələbə qazanıb
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
20:26 27.06.2026
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
20:14 27.06.2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
19:49 27.06.2026
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
19:46 27.06.2026
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
19:32 27.06.2026
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
19:22 27.06.2026
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
19:16 27.06.2026
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
19:14 27.06.2026
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
19:09 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
19:04 27.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
18:57 27.06.2026
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
18:53 27.06.2026
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
18:50 27.06.2026
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
Əfqanıstanda güclü zəlzələ oldu
18:46 27.06.2026
Əfqanıstanda güclü zəlzələ oldu