xari

Həcc ziyarətləri başlaya bilər: Məscidlər nə vaxt açılır? – Hacı Şahin aydınlıq gətirdi

SOSİAL
13:10 07.03.2021
865
"Hər bir halda yaxın gələcəkdə ciddi bir mənfi tendesiya olmayacaqsa, bu məsələdə məscidlərin acılması məsələsi də müzakirə oluna bilər”.

AZXEBER.COM xəbər verir ki, bunu MediaBaku.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, əgər məscidlərdə insanların müəyyən qaydalara riayət etmək şərti  ilə toplaşması mümkün olarsa ilk fürsətdə bu qərarı qəbul etmək məqsədə uyğun olar.

"Bəli, həcc ziyarəti ilə bağlı belə bir qərarın  qəbul edildiyi bildirlir ki, insanlar peyvənd olunma şərti ilə ziyarətə gedə biləcəklər. Əlbbəttə bu barədə tam rəsmi heç bir qərar açılanmayıb, lakin bu barədə ehtimallar var və Azərbaycan tərəfi də bu barədə bildirişin gəlməsini gözləyir. Təbii ki, bildirişdən sonra müvafiq qərar qebul edilə bilər. Azərbaycanda məscidlərin açılması ilə bağlı bunu demək istəyirəm ki, bunun həcc ziyarəti ilə bir o qədər də əlaqəsi yoxdur, çünki fərqli ölkələrdə epidemoloji vəziyyət fərqli olur və hər bir ölkədə yoluxma dinamikasından aslı olaraq müvafiq qərarlar qəbul olunur. Azərbaycanda hazırda yoluxma sayı çox deyil. Düzdür, az da olsa artım olur, lakin faciəli deyil. Hər bir halda yaxın gələcəkdə ciddi bir mənfi tendesiya olmayacaqsa, bu məsələdə məscidlərin acılması məsələsi də müzakirə oluna bilər. Qafqaz Müsəlmanları İdarəsi də bu məsələni mütəmadi olaraq müzakirə edir və müvafiq qurumlara müraciətlər olunur. Biz də düşünürük ki, əgər məscidlərdə insanların müəyyən qaydalara riayət etmək şərti  ilə toplaşması mümkün olarsa ilk fürsətdə bu qərarı qəbul etmək məqsədə uyğun olardı, çünki insanlar artıq uzun müddətdir məscidlərin, ziyarətgahların daxilində ibadət etməkdən məhrum olublar və inanclı insanlar da bu arzunu dilə gətirir ki, artıq məscidlərdə dini ayinlərin icra olunmasını arzulayırlar və biz də dini idarə olaraq bu məsələləri müzakirə edib müvafiq təkliflərimizi veririk. Düşünürü ki, ilk fürsətdə məscidlər açılsa yaxşı olar və əlbbəttə ki, bütün bu protokol qaydalarına riayət etməklə dini icmalar öz üzərinə götürməlidir və icmalar onu təmin etməlidir. Düşünürəm ki, icmaların da gücü çatar. Bu qaydalar məscidlərdə tətbiq edilə bilər. Ona görə də arzu ediri ki, çox yaxın gələcəkdə məscidlərlə bağlı məsələ müzakirə olunsun və bu barədə müsbət bir qərar qəbul edilsin”, - deyə H. Şahin qeyd edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:34 19.04.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azaldı

16:32 19.04.2021

Daha bir qazi və şəhid anası əməliyyat olundu - FOTO

16:29 19.04.2021

Başına 25 tikiş qoyulan qapıçımız: “Ayılanda üzüm qan içində idi”

16:14 19.04.2021

Yunanıstan və Fransa səfirləri Türkiyə XİN-ə çağırıldı

16:04 19.04.2021

Elza Seyidcahanın yeni "şeiri": "Mal təzəyini divarlara yapanam"

15:56 19.04.2021

Koronavirus Ermənistan səhiyyəsini diz çökdürdü: Çarpayı ehtiyatı tamamilə tükəndi

15:55 19.04.2021

Prezident İlham Əliyev görülən işlərlə maraqlandı: "Qarabağda işlər necə gedir?"

15:41 19.04.2021

Bu ölkədə maska rejimi ləğv edildi: İnsanlar çimərliyə axışdı - VİDEO

15:39 19.04.2021

“Azərenerji”nin prezidenti: “Suqovuşandakı SES-lər işə salınıb, test gedir”

15:37 19.04.2021

Prezident Bakıda Nizami parkının abadlaşdırılmasına 5 milyon manat ayırdı

15:23 19.04.2021

İki hissəyə bölünən stadionla bağlı nazirlik araşdırmaya başladı - VİDEO

15:21 19.04.2021

Mariya Zaxarova: "Rusiyaya qarşı aksiyaların arxasında ABŞ durur"

14:59 19.04.2021

Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibi təsdiqləndi - SİYAHI

14:54 19.04.2021

Kraliça Elizabetin sirrli çantasında nələr var imiş?

14:43 19.04.2021

“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı

14:35 19.04.2021

Abel Məhərrəmov oğlunun geri çağırılmasından danışdı: "Yəqin ki, cənab Prezident oğlumu işsiz qoymaz"