Həddindən artıq istilər beyin və damar xəstəlikləri riskini artırır

Həddindən artıq istilər beyin və damar xəstəlikləri riskini artırır
SAĞLAMLIQ
11:48 21.06.2024
769
Həddindən artıq istilər beyin və damar xəstəlikləri riskini artırır 

AZXEBER.COM xəbər verir ki, həddindən artıq isti havanın beyin və damar xəstəlikləri riskini artırdığını ifadə edən professor Şerefnur Öztürk maraqlı açıqlamalar verib.

Hava istiliyinin artmasının beyin və damar xəstəlikləri üçün risk faktoru olduğunu vurğulayan Öztürk deyib:

"İsti havalarda damarlar genişlənir, tərləmə sürəti artır, maye miqdarı azalır, qan daha çox konsentrasiya olur. Təzyiqdə artımlar olur, ürək ritmində pozuntular baş verə bilər”.

Səlcuq Universiteti Tibb Fakültəsi Nevrologiya kafedrasının müdiri olan Şerefnur Öztürk dünya səviyyəsində 21-ci əsr üçün böyük təhlükə olaraq təyin olunan iqlim dəyişikliyinin mövsüm normalarının üzərində temperaturlara səbəb olduğunu bildirib. 

Gülay
OXŞAR XƏBƏRLƏR