Həddindən artıq tərləmə xəstəlik əlamətidir? - CAVAB

Həddindən artıq tərləmə xəstəlik əlamətidir? - CAVAB
SAĞLAMLIQ
23:10 28.06.2022
866
Tərləmə orqanizmin fizioloji funksiyasıdır və sağlam bir hadisədir. Beləliklə, bədən istiliyi balanslaşdırılır və toksinlər çıxarılır. Ancaq tərləmə bəzən o qədər çox ola bilər ki, insanın həyat keyfiyyətini aşağı salır. Bu vəziyyət tər vəzilərinin həddindən artıq işləməsi nəticəsində inkişaf edən "Hiperhidroz" adlanır. Bir insan əlinin sıx islanması və ya qoltuq altındakı qoxuların artması səbəbindən sosial həyatında fiziki və psixoloji problemlər yaşaya bilər.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Dermatologiya Mütəxəssisi Dr. Ayten Ferahbaş Kesikoğlu xəstəliyin xəbərçisi ola biləcək problemlə bağlı sualları cavablandırıb.

Həkim bildirib ki, "Hiperhidroz” yəni həddindən artıq tərləmə bütün bədəndə görünə bilər və ya bəzi nahiyələrlə məhdudlaşa bilər. Heç bir səbəbə bağlı olmayan problemə "birincili hiperhidroz" deyilir. Bu vəziyyət uşaqlıqdan və yeniyetməlikdən başlayır. Xüsusilə həyəcan və stresslə birlikdə sinir sisteminin uyğunsuz işləməsi əsas səbəb olaraq görülür. Xəstələrin 60%-da ovuc içi və yaxud ayaq altlarında tərləmə, 30-40%-da qoltuqaltı, 10-20%-də isə üz tərləməsi müşahidə edilir. Həddindən artıq tərləmə bəzən bəzi dərmanlar, toksinlər, sistemik bir xəstəlik (şəkər, podaqra, menopoz, piylənmə, qalxanabənzər vəz xəstəlikləri, şişlər və onurğa beyni zədələri) və ya bəzi anadangəlmə pozğunluqlar səbəbindən inkişaf edə bilər və bu vəziyyət "ikincili hiperhidroz” adlanır.

Həkim tərləmənin qarşısını alan kremlər və gellər haqqında da danışıb. O bildirib ki, alüminium duzları olan kremlər və gellər; Orta hərəkət müddəti 48 saatdır. Onlar dərinin qıcıqlanmasına və ekzemaya səbəb ola bilər. Uzunmüddətli davamlı istifadə tövsiyə edilmir.

Həkim həddindən çox tərləmənin 7 səbəbi olduğunu deyib:

1. Stress;
-Tərləmənin əsas səbəblərindən biri stressdir. İnsanların bir qismində tərləmə strss zamanı meydana çıxır. Bu simpatik sinir sistemi səbəbindən baş verir. Stress zamanı insanların üzü, ovcunun içi, kürəyi, üst dodağı ilə burnunun ara hissəsi tərləyir.

2. Köklük;
-İnsanların əksəriyyəti köklükdən tərləyir. Orqanizmdə normadan artıq piyin olması tərlənməni əmələ gətirən birinci səbəbdir. Bu zaman piy toxuması bədənin istiliyinin xaricə çıxmasının qarşısını alır və orqanizmin yegnə çıxış yolu tərləmək olur. Köklük səbəbindən əmələ gələn piylənmənin qarşısını isə arıqlamaqla almaq olur.

3. Yeniyetmə və klimaks dövrü;
-Yeniyetməlik və klimaks dövrü insan həyatının hormonlarında dəyişiklikər baş verən dövr hesab edilir. Bu zaman tərləmə orqanizmdə bir siqnal rolu oynayır. Bu zaman əmələ gələn tərləmə hormonların miqdarının orqanizmdə əmələ gətirdiyi istilik səbəbindən baş verir. Bu vəziyyətdən yeganə çıxış yolu isə gigiyenik qaydalara əməl eləməkdir.

4. Qalxanabənzər vəzin funksiyasının artması;
-Qalxanabənzər vəzin funksiyasının artması trietoksikoza səbəb olur ki, bunun əlamətlərindən biri də tərləmədir. Triotoksikoz zamanı xəstələr hətta soyuq havalarda belə tərləyirlər. Bu zaman tərləmə ilə birlikdə xəstələrdə yuxusuzliq, zəiflik, əsəbi gərginlik və s. patoloji əlamətlər də meydana çıxa bilir. Vəziyyətdən çıxış yolu endokrinoloqa müraciət etməkdir.


5. Vegetativ damar distoniyası;
-Vegetativ damar distoniya vegetativ sinir sisteminin xəstəliyi zamanı meydana çıxır ki, bu zaman xəstələrdə güclü tərləmələr müşahidə edilir. Xəstəlik yanlız tərləmə il deyil, həzm sisteminin, tənəffüs sisteminin və istilik mübadiləsinin pozulması ilə müşahidə edilir. Vəziyyətdən çıxış yolu nevroloqa müraciət etməkdir.

6. Uzun müddət antibiotik qəbulu;
-Uzun müddət antibiotik qəbul etdikdə bağırsaqların mikroflorası pozulur. Bu isə tərləməyə səbəb ola bilir. Tərləmənin bu səbəbdən əmələ gəldiyi təsdiq olunarsa o zaman bağırsaqların mikroflorasını yaxşılaşdırmaq patoloji əlamətin aradan qalxmasına səbəb olacaqdır.

7. Hamiləlik;
-Hamiləliyin birici üçaylığında orqanizm baş verən hormonal dəyişiklik öyrəşmə dövrü yaşayır. Bu isə bir çox əlamətlərlə yanaşı tərləmə ilə də özünü biruzə verir. Hamiləliyin ikinci və üçüncü üçaylığında isə orqanizm hamiləlik səbəbli meydana çıxan hormonal dəyişikliyə öyrəşir və tərləmə əlamətləri azalır.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO