14-20 iyul həftəsinə Ay Balıqlar bürcündə olarkən qədəm qoyuruq.
AZXEBER.COM xəbər verir ki, bu barədə astroloq Hande Kazanova öz sosial media hesabında paylaşım edib.
O, paylaşımında bildirib:
"19 iyul Cümə səhəri saat 08:44-də Merkuri Aslan bürcünün 15 dərəcəsində geri hərəkətinə başlayacaq. Xüsusilə diqqətçəkən məqam isə bu geriləmənin, təbiəti sərt və xəbərdaredici olan Dubhe Sabit Ulduzu ilə eyni nöqtədə baş verməsidir.
Bu ulduz yenidən həyatımıza diqqət çəkən mesajlar gətirir. O dövrdə həll olunmamış məsələlər yenidən gündəmə gələ bilər. Eyni zamanda, bu Merkuri geriləməsi dövründə sevgi münasibətləri, uşaqlar, gənclər və onların təhsili, əyləncə sektoru, sənətçilər, siyasətçilər və spekulyativ sahələr xüsusi diqqət mərkəzində olacaq. Məhz bu sahələrdə müəyyən çətinliklər və problemlər ortaya çıxa bilər.
Bu Merkuri geriləməsi xüsusilə Şir, Dolça, Buğa və Əqrəb bürclərinə güclü təsir göstərəcək. Şirlər üçün bu dövr təkrar-təkrar düşünmək və səbirlə irəliləmək zamanı ola bilər. Dolçalar münasibətlərində anlaşılmazlıqlarla qarşılaşa, Buğalar ev və iş həyatında ünsiyyət problemləri ilə üzləşə, Əqrəblər isə karyera sahəsində söz və hərəkətlərinin nəticələri ilə qarşı-qarşıya qala bilərlər".
Oksana