Həftəsonu ölkə ərazisində 60 kiloqramdan artıq narkotik aşkarlanıb

Həftəsonu ölkə ərazisində 60 kiloqramdan artıq narkotik aşkarlanıb
SOSİAL
11:16 16.06.2025
270

Həftəsonu ölkə ərazisində 60 kiloqramdan artıq narkotik aşkarlanıb.

AZXEBER.COM xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 14-də və 15-də ümumi çəkisi 60,2 kiloqramdan artıq narkotik vasitə, 326 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 606 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 4,6 ton çəkidə 4263 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR